ABŞ diplomatlarının İrəvana toplaşma SƏBƏBİ - “Onların yaratdığı QHT və KİV-lər İrana işləyir” 

ABŞ diplomatlarının İrəvana toplaşma SƏBƏBİ - “Onların yaratdığı QHT və KİV-lər İrana işləyir” 

Hazırda oxunan: ABŞ diplomatlarının İrəvana toplaşma SƏBƏBİ - “Onların yaratdığı QHT və KİV-lər İrana işləyir” 

44749

Dövlət Departamentinin müvafiq bürolarının nümayəndələrinin ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri ilə görüşməsinin əsas səbəbi təkcə regionda Rusiya və Türkiyənin iştirakı ilə reallaşdırılıan və nəzərdə tutulan layihələr deyil.

Amerika bir vaxtlar Azərbaycan, Gürcüstan və Ermənistanda özünün maliyyə yardımı ilə yaratdığı QHT və media orqanlarının hazırda başqa dövlətlərə çalışdığından da narahatdır. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana getdi - SƏBƏB


Bu mövzuda özəl olaraq Bizim.Media-ya danışan politoloq Yeganə Hacıyeva adı çəkilən tendensiyanın bütün postsovet ölkələrində olduğunu deyib:

“Postsovet ölkələrinin hamısında QHT və media sahəsində izlənilən bir tendensiya var. Bu ölkələrdə qərbin maliyyəsi ilə formalaşmış QHT və media şəbəkəsi daha sonra elə qərbin nüfuzunun, maraqlarının əleyhinə işlədi. Azərbaycanda da qərbin maliyyəsi əsasında formalaşan QHT və media şəbəkəsi uzun illər qərbin maraqlarının əleyhinə çalışıb. Hələ onda aydın idi ki, şəbəkənin Azərbaycanda  dövlətin maraqlarının əleyhinə işləyən şəbəkəyə çevrilməsi sadəcə zaman məsələsidir və artıq bu baş verib”. 

Yeganə Hacıyevanın fikrincə, son həftələr İranla yaşanan gərginlik bunu sübüt edib:

“Ayrı zamanların səsli-küylü  dövlət institutlarının tənqidçiləri İranla bağlı bir kəlmə də danışmadı. Bir qismi isə ümumiyyətlə İranın maraqlarının müdafiəçisi qismində çıxış etdi. Bu gün üçün bu şəbəkənin Avropa Şurasında lobbiçiliyini apardığı iki işin ikisinin də sifarişçisi Ermənistan və İrandır”. 

ABŞ-ın narahatçılığı isə odur ki, sözügedən təşkilat və media qurumlarına ilkin maliyyəni amerikalılar versə də, Azərbaycandakı bəzi QHT və KİV-lər hazırda daha çox İranın xeyrinə, ABŞ-ın isə ziddinə çalışırlar.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO