Dövlət başçısı səudiyyəli İdarə Şurası sədri ilə görüşdü

Dövlət başçısı səudiyyəli İdarə Şurası sədri ilə görüşdü

Hazırda oxunan: Dövlət başçısı səudiyyəli İdarə Şurası sədri ilə görüşdü

44515

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun bir çox mühüm məsələlərin müzakirəsi üçün qlobal platforma olduğu bildirildi, pandemiyaya baxmayaraq, tədbirdə iştirak etmək üçün Bakıya çox sayda qonağın gəlməsinin bu Foruma və ölkəmizə olan marağın göstəricisi olduğu vurğulandı.

Görüşdə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlığından məmnunluq ifadə olundu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO