İsrail mətbuatı “Əliyev planı”nın detallarını AÇIQLADI 

İsrail mətbuatı “Əliyev planı”nın detallarını AÇIQLADI 

Hazırda oxunan: İsrail mətbuatı “Əliyev planı”nın detallarını AÇIQLADI 

44451

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut israilli jurnalist Raxel Avraama müsahibə verib. Amerika-İsrail mediaplatforması üçün verilən müsahibədə Arye Qut Füzuli aeroportunun açılışından bəhs edərkən həmin rayonun inkişaf etmiş infrastruktur və iqtisadiyyata malik zona olacağını bildirib. 

Bizim.Media xəbər verir ki, bu ilin aprelində Qarabağda olmasını vurğulayan Arye Qut erməni vandalizminin, erməni qarətçiliyinin həqiqi simasını gördüyünü qeyd edib.

Sonuncu savaş və erməni işğalından sonra Qarabağın darmadağın edildiyini vurğulayan Arye Qut işğalçıların vandalizmlə məşğul olduğunu xatırladıb. İsrailli ekspert qeyd edib ki, bu gün Azərbaycan həmin torpaqların həqiqi sahibinin kim olmasını bütün dünyaya sübut edir:
 

“Füzuli aeroportunun tikintisi bu qələbənin kulminasiya nöqtəsi olub. Prezident İlham Əliyev başda olmaqla müasir Azərbaycan rəhbərliyi bərpa siyasətinə sadiq olduğunu dünya birliyinə nümayiş etdirib”.


“The Jewish Press”in müxbiri Raxel Avraam qeyd edir ki, Birinci Qarabağ müharibəsi dövründə 1 milyona yaxın azərbaycanlı əzəli torpaqlarından qovulub. Bunun yeganə “səbəbi” onların azərbaycanlı olması idi.
 

MÖVZU İLƏ BAĞLI:

Yəhudi EKSPERT: “İran Azərbaycana hücum etsə, qarşısında BU ÜÇ DÖVLƏTİ görəcək”


Arye Qut da öz növbəsində Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib:

“Zəngəzur dəhlizi açılmaqla rəsmi Ankara Naxçıvandan və həmin dəhlizdən keçməklə həm Azərbaycanın qalan hissəsinə, həm də türkdilli ölkələrə və Mərkəzi Asiya bazarlarına birbaşa çıxış əldə edəcək. Bu marşrut daha qısa və daha ucuz olacaq. Hazırda Türkiyənin yük maşınları yükləri bu bölgəyə çatdırmaq üçün əsasən Rusiya və Gürcüstan ərazisindən keçməli olur”.

Arye Qut fikrini belə tamamlayıb ki, Füzulidə beynəlxalq aeroportun rəsmi açılışı və yeni avtomagistral şəbəkəsinin təməlinin qoyulması Qarabağın dirçəldilməsi və Cənubi Qafqaz regionunda həqiqi geostrateji özək olan Azərbaycanın geosiyasi qüdrətinin möhkəmlənməsi üzrə yeni geosiyasi strategiyanın və “Əliyev planı”nın həyata keçirilməsinin başlanğıcıdır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO