Ceyhun Bayramov UNDCO-nun regional direktoru ilə görüşdü - FOTO

Ceyhun Bayramov UNDCO-nun regional direktoru ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov UNDCO-nun regional direktoru ilə görüşdü - FOTO

44386

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf üzrə Əlaqələndirmə Ofisinin (UNDCO) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qui-Yeop Son arasında video konfrans formatında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycanın BMT ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov tələbələrə mühazirə oxudu - FOTO


O, həmsöhbətinə keçmiş münaqişənin doğurduğu ağır fəsadlar, münaqişə sonrası mərhələnin yeni reallıqları, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Bərpa və yenidənqurma işlərində beynəlxalq tərəfdaş qismində BMT ilə əməkdaşlıqda maraqlı olduğumuz və bir sıra BMT qurumları ilə bu istiqamətdə iş getdiyi qeyd edilib.

Qui-Yeop Son azərbaycanlı nazirə beynəlxalq inkişaf naminə əməkdaşlığın dəstəklənməsində və Qoşulmama Hərəkatında (QH) uğurlu sədrliyinə görə təşəkkürünü ifadə edib.
 

2022-ci ildə BMT - Azərbaycan əməkdaşlığının 30 illik ildönümü olduğunu xatırladan UNDCO regional direktoru bu münasibətlə müvafiq tədbirlərin təşkil edilməsini qeyd edib.


Ölkəmizin münasibətləri normallaşdırmaq niyyətinin BMT tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Ərazilərin bərpası və regionda sülh quruculuğu prosesində, o cümlədən iki ölkə arasındakı münasibətlərin normallaşmasına yönəlmiş hər hansı fəaliyyətdə BMT-nin fəal iştirak etməyə və Azərbaycanın səylərinə dəstək verməyə hazır olduğu səsləndirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO