Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, söhbət zamanı nazirlər, ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Lavrov Minskdə Ceyhun Bayramovla görüş keçirir - VİDEO
Nazirlər üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.
Bizim.Media