Milli Məclisin sədri: “Ermənistan yeni təxribatlar törədir” - FOTO

Milli Məclisin sədri: “Ermənistan yeni təxribatlar törədir” - FOTO

Hazırda oxunan: Milli Məclisin sədri: “Ermənistan yeni təxribatlar törədir” - FOTO

44376

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, senator Antonio Anastasia ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri görüş zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafında müsbət dinamikanın mövcud olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Türkiyə parlamentinin sədrinə təbrik məktubu göndərdi


“Azərbaycan BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Braziliya ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Diplomatik əlaqələrimizin yaradıldığı 30 ilə yaxın müddət ərzində iki ölkə arasında münasibətlərin hüquqi bazası formalaşdırılıb”, -deyə spiker bildirib.

İki ölkənin parlamentlərarası əlaqələrindən danışan Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Braziliya Milli Konqresinin Senatında və Deputatlar Palatasında qarşılıqlı parlamentlərarası əlaqələr üzrə işçi qrupların fəaliyyət göstərməsi təqdirəlayiqdir.

Deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər.

Milli Məclisin sədri söhbət zamanı braziliyalı senatora 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib. 

O qeyd edib ki, hazırda minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edən Ermənistan bununla da təxribatlarını davam etdirir.
 

Antonio Anastasia isə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin perspektikləri haqqında fikirlərini bölüşüb. Qonaq yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafındakı xüsusi rolunu qeyd edib.


O, Azərbaycana səfəri çərçivəsində Gəncə və Ağdama səfər etdiyini və reallıqların şəxsən şahidi olduğunu diqqətə çatdırıb. Qonaq işğaldan azad edilmiş ərazilərin tezliklə inkişaf etmiş bölgəyə çevriləcəyinə inamını bildirib.

Görüşdə digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO