9 noyabr görüşündə SÜLH MÜQAVİLƏSİ imzalana bilərmi?

9 noyabr görüşündə SÜLH MÜQAVİLƏSİ imzalana bilərmi?

Hazırda oxunan: 9 noyabr görüşündə SÜLH MÜQAVİLƏSİ imzalana bilərmi?

44309

Yayılan məlumatlara görə, 44 günlük müharibənin qurtarmasının bir ilinin tamamında tərəflər yenidən Soçidə biraraya gələcəklər. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu vaxta qədər Moskvada keçirilən iki görüşünü nəzərə alsaq, üçüncü görüşün Soçidə keçirilməsi cəmiyyətə hansı mesajları verir? 

Rusiya mətbuatının yaydığı məlumatlarda o da vurğulanır ki, görüşdə Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin detalları müzakirə ediləcək. 

Lakin Ermənistan rəsmiləri yaxın vaxtlarda bu formatda görüşün olacağını təkzib edir. 
Bütün hallarda, əgər görüş baş tutarsa, Azərbaycan hansı məsələləri masaya yatıracaq? 
Millət vəkili Asim Mollazadə Bizim.Media-ya açıqlamasında bildirib ki, növbəti görüşün əsas müzakirə predmeti komunikasiyaların açılması olacaq. 

“Bundan başqa burada əsas məsələ Ermənistanın demarkasiya və delimitasiya prosesini həyata keçirərək Azərbaycanı ərazi bütölüyünü tanıyıb və normal bir dövlətə çevrilməsidir. Yəni, Ermənistan 10 Noyabr üçtərəfli bəyannamədə nəzərdə tutulan bütün məsələlərlə bağlı ciddi addımlar atmalıdır və düşünürəm ki, Rusiya Ermənistanı buna məcbur etməlidir. Çünki bu proseslərin həyata keçməsində - yəni Zəngəzur dəhlizinin açıqlması və bölgədə sabitliyin olması Rusiyanın özünün də marağındadır”. 
 


Millət vəkili bəzi siyasi analitiklərin görüşdə sülh müqaviləsinin imzalanacağı haqqında dedikləri fikirlərə də aydınlıq gətirib. O, bildirib ki, ilk növbədə Ermənistan  bu sövdələşməyə hazır olmalıdır.  


“Sülh müqaviləsinin imzalanması üçün əvvəlcə yerdə qalan problemlər həll olunmalıdır. Bu səbəbdən, düşünürəm ki, görüşdə yalnız detallar müzakirə edilə bilər. Daha sonra isə bu müqavilə imzalana bilər. Ancaq hazırda əsas prioritet  Ermənistanın üzərində olan öhdəlik və Zəngəzur dəhlizinin açılmasıdır”.

Qeyd edək ki, görüşün keçirilməsi barədə Azərbaycan tərəfi də heç bir rəsmi açıqlama verməyib. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO