Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati noyabrın 25-də erməni işğalından azad edilmiş Kəlbəcərə səfər edib.
Bizim.Media xəbər verir ki, Deqati öz "facebook" səhifəsində Kəlbəcərin gözəlliklərinin əks olunduğu fotolar paylaşıb.
“Kəlbəcərin əbədi gözəlliyi böyük sürpriz oldu. Biz Murov dağ aşırımına – 3840 metr yüksəkliyə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım.
Azərbaycan əsgərinin burada keşik çəkməsi mənə mənə müharibəni və bu regionun erməni ordusu tərəfindən 30 il boyunca faciəvi şəkildə işğal altında qalmasının sona çatdığını xatırlatdı.
1993-cü ildə on minlərlə dinc sakin məcburi köçkün düşdü. Onlar soyuq qışda bu aşırımları aşmağa məcbur oldular, bir çox hallarda erməni əsgərlər onların əşyalarını, o cümlədən qadınların zinət əşyalarını və ayaqqabılarını aldılar. Sağ qalmaq üçün onlar dağı ayaqyalın keçməli oldular, bu, ölüm hökmü idi. Köçkünlərin çoxu ayaqları donmuş vəziyyətdə gəldi.
Bölgə bu yaxınlarda azad edildi və ermənilər işğal etdikləri torpaqları binaları, təbiət landşaftları yandıraraq, məhv edərək, heyvanları öldürərək tərk etdilər.
Bu gün Murov dağında bütün bunları unutmaq və sadəcə ana təbiətin əbədi gözəlliyinə baxmaq istəyirdim”,- deyə fotojurnalist qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:50 / 05.12.2020
Kəlbəcər Rza Deqatinin gözü ilə
Hazırda oxunan: Kəlbəcər Rza Deqatinin gözü ilə
Hazırda oxunan: Kəlbəcər Rza Deqatinin gözü ilə
4407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.