Azərbaycanlı əsirlərin 1994-cü ildə İrəvandakı xəstəxanalardan birində öldürülməsi ilə bağlı faktlar yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Twitter” istifadəçilərindən biri paylaşım edib.
Həmin vaxt əsirlikdə olan 23 nəfər azərbaycanlı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıb.
Ermənilər öldürülən 8 nəfərin nəşini Azərbaycana təhvil veriblər. Onlar sözügedən şəxslərin guya qaçış zamanı öldürüldüyünü bildirmişdi.
Böyük Britaniyanın Dandi Universitetinin pataloqu Derrik Paunder isə bu iddiaları təkzib edən faktları sadalayıb.
O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri olub. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülüb. 3 nəfərə isə tapançanın lüləsi başlarına dirəndikdən sonra atəş açılıb. Əsgərlərdən biri yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülüb.
Bizim.Media
"Cтатья о убийстве восьми азербайджанских военнопленных в Ереванской тюрьме ( 1994 год). Эти пленные были в числе 23 официально регистрированных Красным Крестом. Так как они были регистрированы армянам пришлось передать их тела Азербайджану. Ереван утверждал что они были убиты во pic.twitter.com/ZZRChuFSHV
— Qriz 3rd edition (@Qriz1311) October 30, 2021