Ermənilər Xocalıya ağır artilleriya toplayır – “Moskva və İrəvan Bakıya izahat verməlidir”

Ermənilər Xocalıya ağır artilleriya toplayır – “Moskva və İrəvan Bakıya izahat verməlidir”

Hazırda oxunan: Ermənilər Xocalıya ağır artilleriya toplayır – “Moskva və İrəvan Bakıya izahat verməlidir”

43806

Bu günlərdə ermənilərin Şuşa ətrafına ağır texnikanın cəmləşdirilməsi barədə KİV-lərdə məlumat yayılıb. Hərbi ekspert Ədalət Verdiyevin paylaşdığı peyk görüntülərinə istinadən xəbərlər tirajlanıb. 

Bizim.Media ekspertin özünə müraciət edərək erməni tərəfinin bu addımlarının üçtərəfli bəyanatın hərbi bəndlərinin separatçılar tərəfindən pozulması, sülhməramlıların missiya öhdəliklərini yerinə yetirə bilməməsi haqda fikirlərini alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şuşa ətrafına ağır texnika toplayır - PEYK GÖRÜNTÜSÜ


Sualımıza cavab olaraq Ədalət Verdiyev bildirdi ki, üçtərəfli bəyanatın imzalanmasından 1 ilə yaxın müddət keçsə də, rusların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni silahlıları var. Bu azmış kimi, Qarabağda separatçılara məxsus zirehli texnika və ağır artilleriyaya da rast gəlinir.  

Hərbi ekspert onu da dedi ki, halbuki sülhməramlıların sözügedən zonada yerləşdirilməsinə paralel olaraq erməni silahlılar və onlara məxsus sursatlar oradan çıxarılmalı idi.

Görünür, Ermənistandakı müəyyən dairələr 44 günlük savaşdan özləri üçün düzgün nəticə çıxartmayıblar:

“Əgər Ermənistan tərəfi imzalanan birgə bəyanatın şərtlərinə əməl etmirsə, Rusiya sülhməramlıları da ermənilərin bu fəaliyyətinə göz yumursa, deməli, bəyanatı imzalayan 3 tərəfdən 2-si (Rusiya-Ermənistan) sənədin şərtlərini yerinə yetirmir. O zaman Azərbaycanın da bəyanatın şərtlərinə əməl etməsinə heç bir ehtiyac qalmır. Bunun nəticəsi isə Ermənistan üçün çox ağrılı və acılı olar. Rusiyanın beynəlxalq imicinə isə kifayət qədər ciddi zərbə dəyər. Odur ki, Moskva ilə İrəvan bununla bağlı təcili tədbir görüb və Bakıya yazılı açıqlama ilə məlumat verməlidirlər. Niyə Xocalı ərazisində 100-ə yaxın erməni texnikası və ağır artilleriya silahları mövcuddur?”

Siyasi ekspertlər isə Qarabağın sülhməramlı missiyanın nəzarətində olan hissəsində silahlı erməni birləşmələrinin mövcudluğunu belə izah edir:

1. Rusiya Cənubi Qafqazda qalmaq üçün münaqişə ocaqları və mübahisə predmetlərini qüvvədə saxlamaq istəyir.

2. Ermənistanda ikitirəlikdir. Araikin fəaliyyəti həm də Paşinyan hökumətini baykot etməkdir.

3. Koçaryan və Sarkisyan qanunsuz silahlıları Xocalıya toplamaqla Azərbaycana soyqırım xatırlatması verir və bu yolla hədə-qorxu gəlirlər. 

4. Putindən tapşırıqlar alan Nikol “Artsax” manevrləri ilə Qərbi də yanında saxlamağa çalışır.

Politoloqların fikrincə, belə olaylar Zəngəzur dəhlizinin açılmasına qarşı olan qüvvələrin diqqətini yayındırmağa yönəlib.
 

Digər tərəfdən ABŞ-ın Ermənistandakı Linn Treysisi, Fransanın Makronu da İrəvan və Bakıda Rusiyaya qarşı narazılıqları artırmağa cəhd edir.


Noyabrda gözlənilən yeni bəyanat, 3 ölkə liderinin görüşü və yekun sülh müqaviləsində əsas vasitəçi isə Rusiyadır. Ona görə də ən azından bu addımların izahatı verilməlidir. Əks tıəqdirdə Azərbaycan razılaşmanın şərtlərinə əməl olunmadığını isbatlayaraq öz suveren hüquqlarının bərpasını davam etdirəcək.

Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO