“Uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətindən alınmalıdır” - Millət vəkilindən TƏKLİF 

“Uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətindən alınmalıdır” - Millət vəkilindən TƏKLİF 

Hazırda oxunan: “Uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətindən alınmalıdır” - Millət vəkilindən TƏKLİF 

43769

Millət vəkili Məlahət İbrahimqızı Milli Məclisinin plenar iclasında maraqlı məsələyə toxunub.

O, məktəbəqədər təhsilin Bakı şəhər İcra hakimiyyətinin nəzarətinə verilməsini yanlış hesab edib: 

“Son 10 ildə məktəbəqədər təhsil Bakı İcra hakimiyyətinə verilib. Bu addımı doğru hesab etmirəm. Çünki, bu yaşda uşaqlarda orta məktəbə hazırlığını təməli qoyulur. Təhsildə bu gün böyük islahatlar yaşanır və bunlar nazirlik tərəfinədən həyata keçirilir. Ona görə də bu məsələni də nəzərə almaq lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI


O, bildirib ki, bağçalar qısa zaman ərzində Təhsil Nazirliyinin tərkibinə verilməlidir: 

“Mən düşünürəm ki, məktəbəqədər təhsildə effektivliyi artırmaq istəyiriksə, Təhsil nazirliyinin nəzdinə verilməlidir və digər məsələlər də nəzərə alınmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO