Bu gün xarici işlər naziri Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, Ceyhun Bayramov İƏT Gənclər Forumunun AR İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Bakıda təşkil etdiyi Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin uğurla keçirilməsi münasibətilə qarşı tərəfi təbrik edib.
Nazir işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən hazırda həyata keçirilən bərpa və quruculuq işləri fövqündə, iki mühüm mövzu olan investisiya və mədəniyyət məsələlərinin çoxsaylı xarici iştirakçıların qatıldığı bu tədbirdə diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətini vurğulayıb.
Taha Ayhan Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışı mərasimində iştirak etdiyini qeyd edərək, Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirdiyi geniş miqyaslı bərpa və quruculuq işlərinin şahidi olduğunu söyləyib.
O, Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin çoxsaylı iştirakçılarının azad olunmuş ərazilərə səfərinin, həmçinin, Azərbaycanın Qarabağ Zəfərinin gənclərlə, mədəniyyətlə əlaqədar bir zəfər olduğu ismarışının beynəlxalq müstəvidə çatdırılması baxımından önəmli olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin, Gənclər Forumunun geniş fəaliyyəti, təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:17 / 28.10.2021
XİN rəhbəri Taha Ayhanla görüşdü - FOTO
Hazırda oxunan: XİN rəhbəri Taha Ayhanla görüşdü - FOTO
Hazırda oxunan: XİN rəhbəri Taha Ayhanla görüşdü - FOTO
43700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.