Noyabrın 9-da Moskvada “Sülh müqaviləsi” imzalana bilərmi? - Asim Mollazadədən detallı AÇIQLAMA

Noyabrın 9-da Moskvada “Sülh müqaviləsi” imzalana bilərmi? - Asim Mollazadədən detallı AÇIQLAMA

Hazırda oxunan: Noyabrın 9-da Moskvada “Sülh müqaviləsi” imzalana bilərmi? - Asim Mollazadədən detallı AÇIQLAMA

43492

“Ermənistan əhalisi seçki zamanı 2 dəfə hərbi cinayətkarlar olan Koçaryanlara, Sarkisyanlara yox deyib. Çünki onların cinayətləri tək Azərbaycan xalqına qarşı deyil. Koçaryan və Sarkisyan hökumətləri erməniləri də çox qırıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Asim Mollazadə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da baş verən ixtişaşların qaynağı - Asim Mollazadə ilə MÜZAKİRƏ


O, “Qarabağ klanı” üzvlərinin Njde və Himler “dəyər”ləri ilə yaşadığını bildirib. Deputat vurğulayıb ki, Ermənistandakı revanşist qüvvələrin əsas məqsədi hakimiyyətlərini bərpa etməkdir və bu yolda yeni müharibənin başlaması, yeni qanların tökülməsi onlar üçün caizdir. Xalqın istəkləri onları heç bir vaxt maraqlandırmayıb.

Noyabrın 9-10-da İrəvanda müxalifət mitinqləri nəzərdə tutulub. Ermənistan müxalifəti prosesə necəsə mane ola bilərmi?

“Düşünürəm ki, revanşistlərin şansları çox azdır. Amma ən əsası, bu qüvvələrin qarşısını almaq üçün mütləq beynəlxalq tribunal olmalıdır ki, onlara ədalətlə hökm oxunsun. Koçaryanlar və Sarkisyanlar hərbi cinayətkarlardır. Onlar öz əməllərinə görə cavab verməlidirlər”. 

Üçtərəfli bəyanatın ildönümündə Moskvada Baş nazir müavinlərinin üçtərəfli görüşünün olması da gözlənilir. Bu dəfəki müzakirələr sülhə hazırlıq ola bilərmi? 

“Bölgədəki reallıq ondan ibarətdir ki, sülh və əməkdaşlıq mühitinin yaradılması üçün şans yaranıb. Və bu, Ermənistanın bir dövlət kimi yeganə xilas yoludur. Rusiya Zəngəzur dəhlizinin açılışında maraqlı olduğuna görə bu prosesdə zəruri addımları atmağa Ermənistanı məcbur edəcək. Bu isə tam sülh olmasa da, ən azından Azərbaycanın öz istədiklərinə nail olmasıdır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO