Ərdoğan: “Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi” - FOTO

Ərdoğan: “Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi” - FOTO

Hazırda oxunan: Ərdoğan: “Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi” - FOTO

0:00
0:00
43491

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı səfirlər mövzusunu da müzakirə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. 

Ərdoğan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və bəzi dairələrin 10 ölkənin səfirliklərinin hazırda həbsdə olan iş adamı Osman Kavalanın azadlığa buraxılması ilə bağlı bəyanatına dair açıqlamalarını tənqid edib.  

“Bunlardan biri də keçmişdə Bakıda səfir olaraq çalışıb, indi də CHP-də guya siyasətlə məşğuldur. İlham bəylə danışarkən o belə “Mən bu adamı bir daha bu qapıdan içəri buraxmaram” dedi. Çünki o, Azərbaycana da xəyanət etdi. Sən ilk olaraq səfir olduğun ölkənin siyasətinə hörmət etməyi öyrən”, - deyə Ərdoğan qeyd edib. 

Türkiyə KİV-ləri haqqında bəhs olunan şəxsin 2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini yerinə yetirən Ahmet Ünal Çeviköz olduğunu yazıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO