"Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizində yeni yolun təməlini qoydu - YENİLƏNİB - FOTO
Daha sonra R.T.Ərdoğan soruşub: "Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz".
S.Məmmədov isə cavabında deyib: "Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun".
Bizim.Media