Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun LENTİNİ KƏSDİ
Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb. Daha sonra dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.
Bizim.Media