AZAL Ermənistan ərazisindən uçduğuna görə İrəvana pul ödəyir? - DETALLAR

AZAL Ermənistan ərazisindən uçduğuna görə İrəvana pul ödəyir? - DETALLAR

Hazırda oxunan: AZAL Ermənistan ərazisindən uçduğuna görə İrəvana pul ödəyir? - DETALLAR

43253

Azərbaycanın AZAL aviaşirkəti Ermənistan ərazisindən uçuşlar həyata keçirdiyinə görə rəsmi İrəvana pul ödəyir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın Mülki Aviasiya Komitəsi “Sputnik Ermənistan”a bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Ermənistan üzərindən uçuşlara başladı - FOTO


“Ermənistanın hava məkanından uçan bütün aviaşirkətlər, o cümlədən AZAL uçuşların aeronaviqasiya xidmətlərini ödəyirlər”, - məlumatda deyilir.

“Aviaşirkət hansı məbləği ödəyir?” sualına Mülki Aviasiya Komitəsi belə cavab verib:

“Bu, bir sıra əmsallardan asılıdır. Xüsusilə, təyyarənin çəkisi, Ermənistanın hava məkanında uçuş yolu və vaxtı, eləcə də hava marşrutları üzrə ödənişlərin məbləği. Bu tariflər ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir”.

Xatırladaq ki, oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO