Ermənistan təzminat ödəyəcək, yoxsa Meğri dəhlizini Azərbaycana verəcək? - Eksklüziv

Ermənistan təzminat ödəyəcək, yoxsa Meğri dəhlizini Azərbaycana verəcək? - Eksklüziv

Hazırda oxunan: Ermənistan təzminat ödəyəcək, yoxsa Meğri dəhlizini Azərbaycana verəcək? - Eksklüziv

4320

Bizim.Media xəbər verir ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı törətdiyi cinayətlərə görə, 100 milyard ABŞ dollarından çox təzminat ödəməlidir. 

Ümumiyyətlə Laçın və Meğri dəhlizləri, Ermənistan ərazisi hesab olunan müəyyən torpaqların Azərbaycana verilməsinin mümkünlüyü barədə ekspertlər nə düşünür?!

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz saytımıza eksklüziv müsahibəsində Azərbaycan və Türkiyə qardaşlığının çoxəsrlik olduğunu deyib. Yəni generalın fikrincə, Rəsmi Bakı və Ankranın qardaşlığı sırf Meğri dəhlizi ilə əlaqəli deyi, lakin general koridorun verə biləcəyi üstünlük və faydalardan da bəhs edib:



“Biz eyni kökdən, eyni soydanıq. Əlbəttə ki, son savaş zamanı yaşanan münasibətlər və Naxçıvanla Azərbaycanın quru sərhədlərini birləşdirəcək koridor bu əməkdaşlılğı daha inkişaf etdirəcək. Bu qardaşlıq 1918-ci il Nuru Paşa ruhu ilə bu gün ən yüksək zirvəsinə çatıb''.

''Önümüzdəki dövrün perspektivləri, hadisələri bu qardaşlığı daha da irəli aparacaq. Ümumən desək, Qarabağdakı döyüşlər ərzində sərgilənən qardaşlıq 83 milyon Anadolu türki ilə 10 milyon Azərbaycan xalqı bir ruh, bir nəfəs oldu. Meğri dəhlizi də bu əməkdaşlıq və qardaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdıracaq”

STM-in baş məsləhətçisi, poitoloq İlyas Hüseynov 10 noyabr bəyanatında Meğri dəhlizinin eni barədə məlumatın olmadığını dilə gətirdi:



“Laçın dəhlizinin eni 5 km-dir. Amma Azərbaycanın qərb torpaqları ilə Naxçıvanı birləşdirəcək Meğri koridorunun eni barədə dəqiq məlumat bəyənatda qeyd olunmayıb. Bircə o göstərilib ki, Rusiya Federal Təhlükəsizlik xidmətinin Sərhəd idmə orqanları tranzitə nəzarəti həyata keçirəcək. O ki qaldı təzminat müqabilində azırbaycanlıların Meğridə və həmin ərazinin digər hssələrində yaşamağına, bu aktual müzakirə mövzusu deyil” 

Politoloq Aydın Quliyevin fikrincə dünya praktikasında məğlub və kapityulasiyaya uğramış dövlətin, millətin təzminat ödəməsi onun maddi vəsaiti olmadığı təqdirdə, təzminatın əvəzində ərazisinin hansısa bir hissəsini güzəştə getməsi, yaxud uzunmüddətli konsesiyaya verməsilə bağlı təcrübələr var:



“Xüsusilə də Avropada Fransa ilə Almaniyanın münasibətlərində bu praktikadan ötən əsrlərdə istifadə olunub. Lap elə son vaxlar Yunanıstanın iqtisadi çətinlikllərinə görə, adaların satışa çıxarılmasını göstərmək olar. Ermənistanın təzminatı ödəyə bilməyəcəyi halda Azərbaycana ərazi verməyi nəzəri olaraq mümkün görünsə də, Meğri dəhlizinin Azərbaycana verilməsini o qədər də real hesab etmirəm''.

''Ola bilsin özünün başqa ərazilərində torpaq təzminatı verməyə Ermənistan razılaşar, lakin nəzərə alaq ki, Ermənistan tək deyil və müəyyən müttəfiqlərlə birgə hərəkət edir, bundan əlavə Meğri koridoru Ermənistan və onun tərəfdaşları üçün olduqca mühüm geosiyasi əhəmiyyətə malik olan bir zolaq olduğuna görə, savaş təzminatı olaraq Meğrinin veriləcəyini o qədər də real saymıram”. 

Poliotoloqun da dediyi kimi, Meğrinin Azərbaycana verilməsi regionun geosiyasətini 60-70% başqa istiqamətə dəyişə bilər. Yəni Meğri dəhlizinin Azərbaycana verilməsi nəzəri cəhətdən mümkün görünsə də, bu, Ermənistanın müttəfiqləri sarıdan real deyil. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO