Ceyhun Bayramov əlcəzairli səfiri qəbul etdi - FOTO 

Ceyhun Bayramov əlcəzairli səfiri qəbul etdi - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov əlcəzairli səfiri qəbul etdi - FOTO 

43188

Xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. 

Nazir, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, Əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib.

O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, QH çərçivəsində uğurla əməkdaşlıq etdiyini ifadə edib. 

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb. 

Görüş zamanı tərəflər, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO