İrəvan sərhədləri 1975-ci il SSRİ xəritəsi ilə niyə müəyyənləşdirmək istəmir? – CAVAB + VİDEO

İrəvan sərhədləri 1975-ci il SSRİ xəritəsi ilə niyə müəyyənləşdirmək istəmir? – CAVAB + VİDEO

Hazırda oxunan: İrəvan sərhədləri 1975-ci il SSRİ xəritəsi ilə niyə müəyyənləşdirmək istəmir? – CAVAB + VİDEO

43179

Rusiya prezidenti Vladimir Putin “Valday” klbunun iclasında Ermənistan və Azərbaycanla bağlı toxunduğu məsələlərdən biri də xəritələrdir. Məlumdur ki, 44 günlük savaşı bitirən üçtərəfli razılaşmalarda iki ölkə arasındakı sərhədlərin SSRİ-nin 1975-1976-cı il xəritələri üzrə müəyyənləşəcəyi yer alıb.

Bizim.Media xəbər verir ki, atəşkəsin ilk aylarında ermənilərin Qaragöl və başqa oxşar narazılıqları olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda anti-Rusiya siyasətinin arxasında kim durur? - TƏFƏRRÜAT 


Rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsovun sözlərinə görə, iki ölkə arasındakı sərhədləri ötən əsrin 70-ci illərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanan xəritələrlə müəyyənləşdirmək mümkündür. İsbat kimi o, Helsinki aktını da örnək gətirib. Əsas da odur ki, bu işdə Azərbaycan haqlıdır və bunu bütün dünya bilir. 

Çoxlarında sual yaranır ki, niyə sərhədlər 1988 yox, 1975-ci il xəritəsi ilə müəyyənləşməlidir? Ermənilər “Miatsum” ideyalarından qoparılır.

Onlar 50 il geri atılmaqla Qarabağı Ermənistana birləşdirmək iddialarından uzaq düşürlər.

Analitik, tarixçi və xəritəşünasların fikrincə, delimitasiya prosesinin 1975-ci il xəritəsilə aparılmasına erməni etirazları anlaşılandır. Çünki 30 illik işğal ərzində onların toponim təhrifləri, sərhəd sürüşdürmələrinin hamısı iflasa uğrayıb və yalıan ifşaları davam edəcək. Yoxsa Qaragöl, Şurnuxu mübahisələri Bakının xeyrinə səngiməz, Azərbaycan hərbçiləri Gorus-Qafan yolunda post qurmazdılar.
 

Azərbaycanın Naxçıcan və Qazaxdakı anklavlara girməsi isə Ermənistandakı daşnakçı hərəkat, ifrat millətçiliyin sonu olacaq. Politoloqlar bu fikirdədir. Bu addımın ilin sonu, 2022-nin əvvəlinə qədər reallaşacağı gözlənilir.


“Valday” klubunun iclasında Putinin xatırlatdığı xəritələr barədə Azərbaycanın ilk peşəkar geodeziyaçı və xəritəşünası Məqsəd Qocamanov da mətbuata danışıb. Professor bildirib ki, delimitasiya punkt və obyektlər, demarkasiya isə onların bağlanmasıdır.

SSRİ zamanı xəritələrin yenilənməsindən bəhs edən ziyalı bütün prosesin Azərbaycan və Ermənistan SSR-lə razılaşdırılaraq icra olunduğunu deyib:

“Prinsipcə, Bakı və İrəvan sərhəd məsələsini vasitəçisiz də həll edə bilərdi. Sadəcə olaraq, ermənilər Azərbaycandan nəsə qopartmaq vərdişlərini tərgitməyiblər”.

Bu sferanı təmsil edən əksər ziyalılar iddia edir ki, sözügedən xəritə ilə ermənilər Azərbaycanı aldada bilməyəcəklər. Lakin delimitasiya prosesində təcrübəli azərbaycanlı xəritəşünasların da iştirakı vacibdir. Putinin bəhs etdiyi hərbi xəritələrin mülki versiyası əvvəllər ETSN nəzdində “Geodeziya və Kartoqrafiya” MMC-də saxlanılıb.

Hərbi və mülki xəritələrin isə sərhəd və ərazi nöqteyi-nəzərdən fərqi yoxdur. 
 

Sonda xatırladaq ki, SSRİ dövründə Azərbaycan sərhədlərinin kobudcasına pozulması və xəritə təhrifləri ən çox bolşevik hakimiyyətinin ilk illərində baş verib. Nəticədə Zəngəzur ermənilərə verilib. 


1918-ci ildən bəri Azərbaycanın müxtəlif dövrlərini əhatə edən xəritələrin videosunu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO