Xameneyi sosial hesablarını niyə TÜRKLƏŞDİRİB? - Razi Nurullayevin ŞƏRHİNDƏ

Xameneyi sosial hesablarını niyə TÜRKLƏŞDİRİB? - Razi Nurullayevin ŞƏRHİNDƏ

Hazırda oxunan: Xameneyi sosial hesablarını niyə TÜRKLƏŞDİRİB? - Razi Nurullayevin ŞƏRHİNDƏ

43175

Azərbaycanda İranı təbliğ edən internet resurslarının fəaliyyətinə son verilməsi ilə paralel olaraq, İranın ali dini lideri Seyid Əli Xameneyi Azərbaycan dilində sosial media hesabları açdırıb. Bəzi ekspetlərin fikrincə, bu iki hadisənin bir-birinin ardınca baş verməsi heç də təsadüfi deyil. Bu İranın Azərbaycana qarşı törətdikləri son təxribatlarının fonunda bir jest olaraq, hansısa yumşalmaya getmə xəbərçisidir. 

Millət vəkili Razi Nurullayev isə məsələ barəsəində tamamilə fərqli düşünür. O, bu barədə Bizim.Media-ya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO


Onun fikrincə, bu iki hadisə arasında heç bir bağlılıq yoxdur.

“O saytlar Azərbaycan qanunlarına zidd hərəkət edib, başqa işlər görürdülərsə, əlbəttə onlar qapanmalı idilər. İran özü Azərbaycan maraqlarına xidmət edən hər hansı bir KİV vasitələrinin yayımlanmasına öz ərazisində icazə verərmi? Təbii ki xeyr. Hazırda demək olar ki, İran Azərbaycanın haqlı olduğunu boynuna aldı. Bizim heç vaxt İranla münaqişə etmək fikrimiz olmayıb. Biz hər zaman İranla dinc, qonşuluq şəraitində yaşamağa üstünlük vermişik.  Azərbaycan haqq işinin üzərinə kölgə salacaq heç bir addıma yol verməyəcək.
 

İran sonda başa düşməlidir ki, Azərbaycan höküməti heç vaxt onun maraqlarına zidd addım atmayıb. İrana indiyə qədər onlarla sanksiya tətbiq olunub. Məgər Azərbaycan orada yer alıb? Təbii ki yox”. 


Deputat son Xamaneyinin azərbaycan dilində açdığı sosial şəbəkə hesablarından da danışıb. O, bildirib ki, bu addım gərginlikdən doğan bir addım idi. 

“Son dövrlər Azərbaycanla İran arasında münasibətlər çox gərginləşdi, bəlkə də müstəqilliyimizin bərpasından sonra ilk belə vəziyyət idi. Bu həm də İranı ayıq düşünməyə, münasibətlərə yenidən baxmağa sövq etdi. Düşünürəm ki, bu barədə saatlarla müzakirələr keçirilib və bağlı qapılar arxasında qəbul olunan məsələlərdən biri də Xameneyinin Azərbaycan dilində Tvitter səhifəsinin açması idi. Bu bəlkə də müəyyən qədər gərginliyi aradan qaldırmağa sövq edir”.

R.Nurullayev həmçinin bu gün İranda qadağa olunan Azərbaycan dilindən də danışıb. Deputat qeyd edib ki, İranda milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, onların hüquqları bir vətəndaş kimi nəzərə alınmır.
 

“Biz hər zaman ümid edirdik ki, İranda Azərbaycan dilinə qoyulan qadağanı  aradan qaldırmaq üçün onlarla bunu masa arxasında həll edə biləcəyik. İranın tarixinin formalaşmasında belə azərbaycanlıların böyük rolu olub.


Azərbaycanlılar hakimiyyətdə idarəedənlər, padşahlar olublar. Məsələn İsveçrənin 6 milyon əhalisi var ancaq 5 dövlət dili var. İranda bu qədər azərbaycanlı yaşayır ancaq dövlət dilləri fars dilidir. İranın əhalisinin yarısı azərbaycan türküdür. Ona görə orada Azərbaycan dilində həm məktəb, həm universitetlər olmalıdır. Azərbaycan tarix boyu heç bir dövlətə xəyanət etməyib, separatçılığa yol verməyib. Ona görə İran Azərbaycandan özünə təhlükə görməməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO