Türklərə qarşı yaradılan “ASALA”dan fransızlar niyə qorxur? – DƏHŞƏTİN SİYAHISI

Türklərə qarşı yaradılan “ASALA”dan fransızlar niyə qorxur? – DƏHŞƏTİN SİYAHISI

Hazırda oxunan: Türklərə qarşı yaradılan “ASALA”dan fransızlar niyə qorxur? – DƏHŞƏTİN SİYAHISI

43119

25 oktyabr 1981-ci ildə İtaliya, Silahlı erməni terrorçusu Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökberk Ergenekona atəş açır. Qolundan yaralanmış diplomat maşından çıxıb terrorçuya cavab atəşi açaraq terrorçunu yaralayır, yaralı vəziyyətdə olan terrorçu hadisə yerindən qaçmağa müvəffəq olur.

ASALA bu akta görə məsuliyyəti öz üzərinə götürür və aksiyanın Fransada (Paris) türk konsulluğuna basqın təşkil etmiş erməni terroçuların şərəfinə təşkil olunduğunu bildirir.

Bizim.Media xəbər verir ki, həmin gün - 25 oktyabr 1981-ci ildə  Fransa, Paris Yelisey çöllərində (Şanzelize Bulvarı) yerləşən bahalı restoranların birində partlayış baş verir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bu gün də daşnaklarla çalışan azərbaycanlılar var” – Politoloqdan şok açıqlama


Partlayış nəticəsində restoranın işçilərindən 3 nəfər yaralanır. Terror aktına görə məsuliyyəti "September Frans" (1981 – ci ilin sentyabrın 24 də Parisdəki türk konsulluğuna basqın etmiş erməni terrorçuların şərəfinə) terrorçu qrupu öz üzərinə götürür.

Bir gün sonra, 26 oktyabr 1981-ci ildə Fransa, Paris Yelisey çöllərində yerləşən aptekin qarşısında park edilmiş avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşür. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. 

27 oktyabr 1981-ci ildə Parisdə "Ruasi" beynəlxalq hava limanının avtomobil dayanacağında partlayış baş verir. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür.

Həmçinin 27 oktyabr 1981-ci ildə  Fransa, Paris "Ruasi" beynəlxalq hava limanında eskalatorun yanında yerləşən zibil qutusuna qoyulmuş partlayıcı qurğu işə düşür, bir neçə nəfər yüngül xəsarət alır. 

Belə informasiyalarla tanış olanda fransızların ermənilərdən niyə belə çəkindiyini anlamaq asanlaşır. İsbat kimi başqa faktları da sadalamaq olar. Məsələn Fransanın təzyiq dairəsində olan Livanda terror təşkilatı quran, müxtəlif cinayətlər törədən Monte Melkonyanın mühakiməsiz azadlığa buraxılması rəsmi Parisin ermənilərdən qorxduğuna sübutlardandır.
 

Nəticədə həmin Melkonyanın terroru Qarabağa keçdi. Buna Paris-İrəvan anlıaşması deyənlər də olub.


Çünki Melkonyandan 80 il öncə Andronik də Zəngəzurda Njde ilə qətliamlar törətmək üçün Tatev monastrının metal zənglərini Fransada əridərək silah düzəltdirib və Azərbaycan torpaqlarına gətirib ki, bu da minlərlə azərbaycanlının amansız qətli ilə yekunlaşıb. Yəni, Makron Paşinyanı təmənnasız sevmir. Ekspertlər bu yaxınlığa səbəb kimi, həm Parisin daşnaklardan qorxmasını, həm də öz məqsədləri üçün istifadə etməsini önə çəkir.

1970-1980-cı illərdə “ASALA”ın əsas terror aktlarının siyahısı təqdim edirik:

14 oktyabr 1975-ci ildə Fransa, Paris Türkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir.

22 oktyabr 1975-ci ildə Avstriya, Vyana Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetirirlər. 

16 fevral 1976-cı ildə Livan, Beyrut Türkiyə səfirliyinin birinci katibi Oktar Sirit, ASALA terrorçusu tərəfindən qətlə yetirilir. 

2 mart 1977-ci ildə Livan, Beyrut Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılır. 

22 dekabr 1979-cu ildə Fransa, Paris Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilib. 

5 avqust 1980-ci ildə Fransa, Lyon İki erməni terrorçusu türk konsulluğunun binasına zorla daxil olaraq, qapıçıdan konsulun yerini deməsini tələb edirlər, sonra onlar ətrafa atəş açaraq iki nəfəri qətlə yetirirlər, bir neçə nəfər isə yaralanır. 

26 sentyabr 1980-ci ildə Fransa, Paris Erməni terrorçuları iki dəfə Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə attaşesi Selcu Baklabaşına atəş açırlar. O, sağ qalır, lakin ömürlük iflic olur. 

7 avqust 1982-ci ildə erməni terrorçular Ankarada beynəlxalq hava limanına hücum təşkil edir, tapanca və əl qumrabaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açır. Atışma zamanı 9 nəfər həlak olur (biri ABŞ biri Almaniya vətəndaşı). Terror aktı zamanı 82 nəfər yaralanır. 

28 fevral 1983-cü ildə Fransa, Paris "Marmara Travel Agency"nin ofisində baş vermiş partlayış nəticəsində şirkətin əməkdaşı fransız Rone Marin həlak olur, daha 9 nəfər Fransa vətəndaşı yaralanır. 

Xatırladaq ki, bu, “ASALA” terror təşkilatının törətdiyi cinayətlərin cüzi hissəsidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO