BMAM “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını müzakirəyə çıxarır

BMAM “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını müzakirəyə çıxarır

Hazırda oxunan: BMAM “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını müzakirəyə çıxarır

43044

Moderator.az-a daxil olan məlumata görə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsinin icrasına başlayıb. Layihə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təbliğinin aparılması, əhalinin məlumatlandırılması ideyasına əsaslanır. Bu təbliğatda əsas hədəf konsepsiyanın ictimaiyyətə çatdırılması, iqtisadi inkişafın insan kapitalına yönəldilməsinin və sosial müdafiə sistemində dövlətin həyata keçirəcəyi tədbirlərin ictimai müzakirəsinin təşkili və əhalinin maarifləndirilməsi ilə yanaşı vətəndaş cəmiyyəti sektorunun Dövlət Proqramlarının qəbulu üçün təkliflərlə çıxış etməsinə dəstək verilməsidir.

BMAM sədri Rufiz Qonaqovun bildirdiyinə görə, layihə Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarında, Sumqayıt və  Gəncə şəhərlərində və Quba rayonunda həyata keçiriləcək: “Layihənin birinci mərhələsində pilot kimi seçilən 5 rayonda əhalinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumatlılıq dərəcəsinin öyrənilməsi üçün 250 nəfər respondent arasında sorğu keçiriləcək. Bu sorğuların keçirilməsində məqsəd əhalinin məlumatlılığının müəyyənləşdirilməsidir. Növbəti mərhələdə isə müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti sektoru və yerli icra hakimiyyətləri ilə birgə ictimai müzakirələr keçiriləcək. Layihə müddətində və layihədən sonrakı dövrdə “Facebook” sosial şəbəkəsində təşkilatın mövcud olan “İnkişaf Qrupu”nda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulmasının təbliği nəzərdə tutulur. Təhsil, səhiyyə, gender bərabərliyi, əhalinin sosial təminatının yaxşılaşdırılması, gənclərin inkişafı ilə bağlı indiyə kimi görülən və bundan sonra görülməsi planlaşdırılan işlər, qəbul edilməsi gözlənilən Dövlət Proqramları müzakirə ediləcək. İctimai müzakirələrin sonunda ictimai sektor təmsilçilərindən, vətəndaş fəallarından və bələdiyyə üzvlərindən ibarət Təbliğat Qrupları yaradılacaq. Bu qruplar  könüllülük əsasında Konsepsiyanın əhali üçün əhəmiyyətini onlara izah etmək üçün təbliğat aparacaq".

Təşkilat rəhbərinin bildirdiyinə görə, ictimai müzakirələrdə təhsil, səhiyyə, gender bərabərliyi, əhalinin sosial təminatının yaxşılaşdırılması, gənclərin inkişafı ilə bağlı indiyə kimi görülən işlər və bundan sonra görülməsi planlaşdırılan işlər, qəbul edilməsi gözlənilən Dövlət Proqramları ictimai müzakirəyə çıxarılacaq. 3 ay müddətində görülən işlərin, sorğular, toplanan material, məlumat və təkliflərin yekunu olaraq, ekspertlərimiz tərəfindən Dövlət Proqramlarının qəbulu üçün təkliflər paketi hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə BMAM tərəfindən keçirilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO