Ceyhun Bayramovla iranlı həmkarı arasında TELEFON DANIŞIĞI 

Ceyhun Bayramovla iranlı həmkarı arasında TELEFON DANIŞIĞI 

Hazırda oxunan: Ceyhun Bayramovla iranlı həmkarı arasında TELEFON DANIŞIĞI 

0:00
0:00
42932

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, XİN rəhbərləri ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO