“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri "3+3" formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır - Zaxarova - VİDEO
O qeyd edib ki, ölkəsi regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürür:
“Bu mexanizmin tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstək verəcək”, - M.Zaxarova qeyd edib.
Bizim.Media