Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır - Zaxarova - VİDEO

Hazırda oxunan: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır - Zaxarova - VİDEO

41556

Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 10 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı RİA Novosti agentliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən yayıb.

O, ənənəvi həftəlik brifinqdə bir çox məsələlərə də aydınlıq gətirib.

Diplomatın fikrincə, Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin üçtərəfli görüşü problemlərin aradan qaldırılması və etimad mühitinin yaradılması üçün digər vacib formatdır: 

"Bu, dinlərarası dialoqun dərinləşməsinə töhfə verir. Görüş inamın gücləndirilməsi, humanitar problemlərin həlli və mədəni irs obyektlərinin qorunması da daxil olmaqla Cənubi Qafqazda münasibətlərin normallaşmasına və ümumi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

Moskva tərəfləri "hamını hamıya" prinsipi ilə əsir mübadiləsinə və mina sahələrinin xəritələrinin verilməsinə çağırır”.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO