Prezident: “ Ermənistan BMT-nin sessiyasına mane olmağa çalışıb”

Prezident: “ Ermənistan BMT-nin sessiyasına mane olmağa çalışıb”

Hazırda oxunan: Prezident: “ Ermənistan BMT-nin sessiyasına mane olmağa çalışıb”

4262

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir”.

Bizim.Media-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışında söyləyib.

Dövlət başçısı Ermənistanın BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etdiyini xatırladıb.

Qeyd edib ki, Ermənistanın son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışdığını qeyd edib.

Prezident vurğulayıb ki, Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO