Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Vətən müharibəsində şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan xalqına başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Şuranın Twitter hesabında məlumat verilib.
“Türk Şurasının üzvü olan qardaş Azərbaycanın haqlı mübarizəsində Vətəni uğrunda şəhid olan 2 min 783 oğlumuza Allahdan rəhmət, qazilərimizə təcili şəfa və Azərbaycana, bütün Türk dünyasına başsağlığı diləyirik”,- deyə qeyd olunub.
Bizim.Media