Sahibə Qafarova xorvatiyalı nazirlə görüşdü - FOTO 

Sahibə Qafarova xorvatiyalı nazirlə görüşdü - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova xorvatiyalı nazirlə görüşdü - FOTO 

42402

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiyanın Azərbaycanda səfərdə olan Xarici və Avropa İşləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, parlamentin sədri Azərbaycanın Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. 

Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə qalxmasında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür.  

Spiker Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bölgədə həyata keçirilən nəqliyyat layihələri ölkəmizin bu infrastrukturundan və tranzit imkanlarından istifadə üçün yeni imkanlar açır.  

Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliç bildirib ki, Xorvatiya ölkəmizlə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz getdikcə genişlənir.

Bu gün iki ölkə arasında təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var. 

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO