Ukraynanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi – FOTO

Ukraynanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi – FOTO

Hazırda oxunan: Ukraynanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi – FOTO

42330

Bu gün bizim dostlarımız Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edirlər. 1994-2005-ci illərdə Ukrayna Prezidenti vəzifəsində çalışan Leonid Kuçma bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Leonid Kuçmanın "Ukrayna" Prezident Fondunun mətbuat katibi Darka Olifer özünün Facebook səhifəsində paylaşıb.

“Leonid Daniloviçin göstərişi ilə bu tarixi hadisəyə həsr olunmuş dəyirmi masada iştirak etdim və Prezident Kuçmanın Prezident Əliyevə məktubunu oxudum”, deyə o, qeyd edib.

“1991-ci ildə tarixi ədalətin qələbəsi Azərbaycanın yaddaqalan uğurlar əldə etdiyi uzun və çətin bir yolun başlanğıcı oldu. Ölkəniz inamla və sürətlə böyüyür, qurulur və irəliləyir.
 

Ukrayna dövlət müstəqilliyinin və suverenliyinin sevincini yaxşı bilir. Bütün bu illər ərzində Ukrayna və Azərbaycan etibarlı dost və tərəfdaş olublar. Əminəm ki, dərin qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız yalnız inkişaf edəcək.


İlham Heydəroviç, sizin taleyinizə Azərbaycanın ərazi bütövlüyünü qaytarmaq kimi tarixi missiya düşüb. Cəsarətiniz və özünüzə inamınız heyranlığa layiqdir.

Qoy uğurlar sizə xeyir-dua versin, sağlamlığınız möhkəm olsun, görülən işin nəticəsi həmişə ilham versin. Azərbaycan xalqına əmin-amanlıq və sülh diləyirəm”. Azərbaycan liderinə ünvanlanan təbrik məktubunda belə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO