Çinə və İrana qarşı Qərb niyə yumşaq davranır? – Görünən siyasətin görünməyən TƏRƏFLƏRİ 

Çinə və İrana qarşı Qərb niyə yumşaq davranır? – Görünən siyasətin görünməyən TƏRƏFLƏRİ 

Hazırda oxunan: Çinə və İrana qarşı Qərb niyə yumşaq davranır? – Görünən siyasətin görünməyən TƏRƏFLƏRİ 

42161

İrandakı edamlar və Çinin uyğur əsarəti hazırda insanları narahat edən əsas problemlərdəndir. Çünki Qərb ədalətli və demokratik dünya yaratmaq adı ilə narıncı inqilablar, ərəb baharları siyasətini reallaşdırıb. İnsan haqları istiqamətində hazırda ən çox ilişdikləri paytaxtlardan biri də Pxenyandır. Kim Çen In isə bu təzyiqləri eşitməzdən gəlir. Ekspertlər Qərbin Şimali Koreyaya sanksiyalarının əsas səbəbi kimi Pxenyan-Moskva yaxınlığını göstərirlər. Bu baxımdan Kremlin özü də belə təzyiqlərlə üzləşir. 

Bizim.Media xəbər verir ki, Qərbin ədalətli və demokratik dünya mübarizəsi insan hüquqlarından daha çox siyasi nəzarət mexanizmidir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Çinin uyğur siyasəti XXI əsrin soyqırımıdır” – Politoloqdan ŞƏRH


Hər halda ekspertlər bu fikirdədir və onların qənaətinə görə “demokratiya pərdəsi” əslində Qərbin qazanc mənbəyidir. Bu yolla onlar Liviya lideri Qəddafinin mülkünə, Yaxın Şərqin neft-qaz yataqlarına nəzarəti ələ keçiriblər. Hazırda isə əsas narahatlıqları Qara dəniz və Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki Ukraynanın ərazi bütövlüyü adı ilə Rusiyanın geostrateji su hövzəsindən sıxışdırmağa çalşırlar. Yəni, onları insan haqları maraqlandırsaydı, Krım tatarları ilə bağlı müəyyən sənəd tərtib edərdilər. Zəngəzur başağrıları isə bu tip mühüm koridordan kənarda qalmaqlarıdır. 

Qərbin hələki ən gülməli sanskiyaları bunlardır:

1. İrana təzyiqlər

2. Çinin uyğur siyasətinin qınanması

İranda 30 milyon azərbaycanlı yaşayır. Bu isə ölkə əhalisinin 40-45 faizidir. Amma Azərbaycan dilində tədris qadağandır. Azərbaycanlılara muxtariyyət verilməsi isə sonrakı etapdır. İranda edam cəzası da qınaq obyekti olmalıdır. Öldürülənlər arasında azərbaycanlılar çoxluq təşkil edir.

Bütün dünya bu acınacaqlı vəziyyətdən xəbərdardır, ancaq heç bir alverçi öz malına pis deməyən kimi, Qərb də ötəri sanksiyalarıla sanki uşaq başı aldadır. İran-Qərb bağı:

⦁ İngilislərin yaratdığı İranın şah rejimi 1979-cu ildə Fransanın dəstəklədiyi molla rejimi ilə əvəzləndi.
 

Çinin uyğur siyasətini isə genosid kimi də dəyərləndirirlər. Belə ki, İran azərbaycanlıları dil azadlığı, soy-kök nüanslarına görə sıxışdırılırsa, heç olmasa öz evlərində yaşayır, hətta xaricə səfər də edə bilirlər. Amma Çindəki uyğurlar əsir halındadırılar.


Si Cin Pinin uyğur düşərgələri Hitler konslagerlərini xatırladır. Bəs Qərb bu situasiya ilə bağlı nə edir:

2021-ci il 23 fevral tarixində Kanada parlamentinin aşağı palatası Çinin uyğur əhalisi ilə bağlı vəziyyəti soyqırım kimi tanıyıb. 

23 aprel 2021-ci ildə Böyük Britaniya parlamentində Çinin uyğurlara qarşı törətdiyi əməlləri soyqırım olaraq qəbul olunub.

2021-ci il iyunun 25-də ABŞ administrasiyası Çin hakimiyyətinin uyğur türklərinə verdiyi işgəncə və zülmə görə sanksiya tətbiq edib.

2021-ci il iyulun 14-də Belçika parlamentində Çinin Sincan Uyğur muxtar bölgəsində uyğur türklərinin ciddi soyqırım riski ilə üzləşdiyinə dair qətnamə layihəsi təsdiqlənib. 
 

Sadalanan sanksiya, qətnamə və bəyantların Pekinə heç bir təsiri olmayıb. Ən ciddi addım Uyğur muxtar bölgəsi ilə idxal-ixrac məhdudiyyətlərinin tətbiqidir. Bunu isə dünya asılılığı yaratmış Çin iqtisadiyyatına maneə saymaq olmaz. 


Qərbin qarşısını nə kəsir?

1.    Təkcə 2020-ci ildə Çin-ABŞ ticarət dövrüyyəsi 8.3 faiz artaraq 586,72 milyard dollar təşkil edib.

2. Çində ABŞ-a məxsus şirkətlər var. 2021-ci ilin yayına kimi amerikanlar Çində milyardlarla dollarlıq səhmlər alıblar.

3. 2020-ci ildə Çin Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminə görə ABŞ-ı keçib. Çin-Aİ ticarət dövriyyəsi 586 milyard avro təşkil edib.

4. Çində Avropa İttifaqına aid şirkətlər də az deyil.

Yəni, bu rəqəmlərin fonunda Qərbin uyğurlara görə Çinə təzyiqlərini artırması real görünmür. Digər tərəfdən unutmaq olmaz ki, son illər Avropa qitəsi uğrunda mübarizə güclənib. Avropa İttifaqı ilə ticarət dövriyyəsində liderliyi Çinin ələ alması ikinci yerə yuvarlanan ABŞ, üçüncü yerdə olan Britaniya və 5-ci pillədə qərarlaşan Rusiyanı da narahat etməyə bilməz. Kremlin Pekinlə Amur problemlərini də nəzərə alanda uyğur bəhanəsi ilə hegemon ölkələrin Çin basqısı qaçılmazlaşır.

Bu isə böyük geosiyasi və iqtisadi maraqlara görə qlobal insan problemlərinin də həllinə səbəb ola bilər:

Çinə intensiv təzyiq uyğurlara muxtariyyət hüququ qazandırar.

Hazırda əsasən Çinin əlinə baxan İran da zəif düşər və heç olmasa 35 milyon soydaşımıza Azərbaycan dilində tədris imkanı yaradar. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO