“Azərbaycanı heç kim müharibə ilə hədələyə bilməz” - Asim Mollazadədən AÇIQLAMA

“Azərbaycanı heç kim müharibə ilə hədələyə bilməz” - Asim Mollazadədən AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycanı heç kim müharibə ilə hədələyə bilməz” - Asim Mollazadədən AÇIQLAMA

42132

“Azərbaycan Prezidentinin “Biz qeyri-bərabər savaşa həmişə hazırıq" mesajı regionda son təhdidlərə cavab kimi səsləndirilib və bir dövlət kimi biz artıq öz sözümüzü demişik”.

Bu fikirləri millət vəkili Asim Mollazadə Bizim.Media-nın suallarını cavablandırarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Moskva ermənilərə xəbərdarlıq edib: “Sentyabrda...” - Asim Mollazadədən TƏFƏRRÜAT


“Heç bir ölkə, heç bir qüvvə öz böyüklüyündən asılı olmayaraq Azərbaycanı müharibələr, yaxud hansısa digər formada hədələyə bilməz” deyən millət vəkili Asim Mollazadə səbəb kimi Azərbaycanın 44 günlük müharibədə sərgilədiyi performansı misal göstərib.

Millət vəkili onu da bildirdi ki, Azərbaycan regionda ən müasir orduya sahibdir. Bununla yanaşı, Azərbaycanın kifayət qədər güclü müttəfiqləri də var:

“Hamı bilməlidir ki, Azərbaycan istənilən qeyri-bərabər savaşa hazırdır. Azərbaycana təzyiq göstərmək istəyənlər öz cavabını alacaq. Mənə elə gəlir ki, Prezidentin bu sözləri çox ciddi mesajdır və ünvanından asılı olmayaraq bunu bütün dünya bilməli, görməlidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO