Qətərli iş adamları Qarabağa dəvət edildi – Nazirdən açıqlama

Qətərli iş adamları Qarabağa dəvət edildi – Nazirdən açıqlama

Hazırda oxunan: Qətərli iş adamları Qarabağa dəvət edildi – Nazirdən açıqlama

42106

"Azərbaycanla Qətər arasında 1994-cü ilədək qoyulan əməkdaşlıq bu gün uğurla davam etdirilir".

Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında keçiriləcən Birgə İqtisadi, Ticari və Texniki Komissiyanın növbəti iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, dövlət başçılarının apardığı məqsədli siyasət nəticəsində Qətər dövləti ilə Azərbaycan arasında münasibətlər bir çox istiqamətdə uğurla inkişaf etdirilib:

"Artıq bu gün Azərbaycanla Qətər arasında qısamüddətli səfər zamanı viza problemi həll edilib”.

Nazir bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı Ermənistanı 30 il işğalda saxladığı ərazilərimiz işğaldan azad edib:

“Artıq bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Hazırda həmin ərazilərdə quruculuq işləri görülür. Mən Qətər iş adamlarını həmin ərazılərdə bərpa işlərinə dəvət edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO