Zülfiyyə Mustafayeva: “Partiya olaraq Ukrayna xalqını dəstəkləyirik”

Zülfiyyə Mustafayeva: “Partiya olaraq Ukrayna xalqını dəstəkləyirik”

Hazırda oxunan: Zülfiyyə Mustafayeva: “Partiya olaraq Ukrayna xalqını dəstəkləyirik”

42095

Ana Vətən Partiyasının sədr müavini Zülfiyyə Mustafayeva Moderator.az-a açıqlamasında Ukraynadakı prosesləri şərh edib:

“Ukraynada son günlər baş verən qanlı hadisələr, qarşıdurma nəticəsində nümayiş iştirakçılarının və polislərin öldürülməsi böyük təəssüf hissi doğurur.

Azərbaycanla Ukrayna arasında strateji əməkdaşlıq, möhkəm və ənənəvi dostluq münasibətləri mövcuddur və Ukraynada gedən bütün proseslərin dolayısı ilə həm də Azərbaycana aidiyyatı var. Biz Ukrayna xalqının müstəqil demokratik dövlət kimi möhkəmlənməsini və inkişafını arzulayırıq. Ukraynanın Avropaya inteqrasiyası ölkə əhalisinin təbii seçimidir və bununla razılaşmaq, bu seçimə hörmətlə yanaşmaq hər bir siyasətçinin müqəddəs borcudur. Biz Ana Vətənçilər müstəqil, demokratik heç bir dövlətin vassalına çevrilmək istəməyən güclü Ukraynanı və bu amac uğrunda mübarizə aparan Ukrayna xalqını dəstəkləyirik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO