Ukrayna azərbaycanlılarının “Kyiv Post”a ETİRAZI: “Bunlar düşünülmüş təxribatdır” 

Ukrayna azərbaycanlılarının “Kyiv Post”a ETİRAZI: “Bunlar düşünülmüş təxribatdır” 

Hazırda oxunan: Ukrayna azərbaycanlılarının “Kyiv Post”a ETİRAZI: “Bunlar düşünülmüş təxribatdır” 

42090

“Kyiv Post qəzetinin növbəti nömrəsində telefonla verilən suallara mənim cavabların dərc olunub. Sözlər olduğu kimi, təhrifsiz yazılıb, amma məqalənin başlığı deyilənləri təkzib edib. Fikrimcə, başlıq düşünülmüş təxribat xarakteri daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu özünün “Facebook” hesabında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Kyiv Post”dan Azərbaycana qarşı TƏXRİBAT

 
Onun fikrincə, məqalə Ukraynanın monolit azərbaycanlı diasporu ilə Azərbaycanda yaşayanlar arasında anlaşılmazlıq elementləri yaratmağa xidmət edir:

“Bəlkə də bu, azad Azərbaycanın düşmənləri tərəfindən əvvəlcədən hazırlanmış provokasiyadır. Ya da təcrübəsiz qəzet əməkdaşlarının uğursuz PR gedişidir. Anlaşılan bir şey var: Münaqişə olmayan yerdə konflikt yaratmaq istəyi”.
 

Ukrayna Azərbaycanlıları Radasının siyasətdən kənar ictimai təşkilat olduğunu xatırladan Ceyhun Kəsəmən UAR-ın fikri ayrılıqlarına və mübahisələrə cəlb olunmasını yolverilməz adlandırıb. 


O, fikrinin davamında bəzi xatırlatmalar da edib. Belə ki, 1991-ci ildə SSRİ dağılanda Ukraynada 45 min azərbaycanlı yaşayırdı. Bundan başqa həmin vaxt iş, orduda xidmət, təhsil üçün gələnlər də olub. Azərbaycanın diaspor sıraları da genişlənirdi. Təsadüfi deyil ki, hazırda Azərbaycanın Ukrayndakı doaspor üzvlərinin sayı təxminən 120-150 min nəfərdir və onların çoxu Ukrayna vətəndaşlığını qəbul edib. UAR baş katibinin sözlərinə görə, Azərbaycan-Ukrayna dostluğu həmişə olub və davam edəcək:

“Kyiv Post qəzetinin yanlış paylaşımına görə öz qəzəbimi bir daha ifadə edir və bunu təsadüf hesab edirəm. Xahiş edirəm günahkarlar cəzalandırılsın”.

Xatırladaq ki, oktyabrın 14-də Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin sədri İlhamə Allahverdiyeva özünün “Facebook” profilində sözügedən təxribatçı məqaləyə etirazını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO