Nazirlər Kabineti Prezidentin əməkhaqqı və pensiya ilə bağlı sərəncamının icrasına BAŞLADI

Nazirlər Kabineti Prezidentin əməkhaqqı və pensiya ilə bağlı sərəncamının icrasına BAŞLADI

Hazırda oxunan: Nazirlər Kabineti Prezidentin əməkhaqqı və pensiya ilə bağlı sərəncamının icrasına BAŞLADI

41874

Nazirlər Kabineti Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlayıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda əməkhaqları, pensiyalar və təqaüdlər artırılır - SƏRƏNCAM


"Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib. Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb" - məlumatda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO