Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın lideri çıxışının əvvəlində Vətən Müharibəsindəki qələbədən bir il ötdüyünü xatırladıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi haqda - “Keçmişdə qaldı” - VİDEO
Ölkə başçısı Azərbaycanın qarşısında duran əsas işlərdən danışıb. Bunların arasında ermənilərin minaladığı ərazilərin təmizlənməsi və azad olunan torpaqların yenidən qurulması yer alıb. Prezident İlham Əliyev erməni cinayətlərindən, vandalizm aktlarından da bəhs edib.
Əlbəttə ki, işğal ərzində ekologiyaya vurulan ziyan, Qarabağdakı faydalı resursların Ermənistan və İrana satılması da yer alıb.
Tam videonu təqdim edirik:
Bizim.Media