İlham Əliyev Qarabağ münaqişəsi haqda - “Keçmişdə qaldı” - VİDEO

İlham Əliyev Qarabağ münaqişəsi haqda - “Keçmişdə qaldı” - VİDEO

Hazırda oxunan: İlham Əliyev Qarabağ münaqişəsi haqda - “Keçmişdə qaldı” - VİDEO

41707

“Müharibədən və Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən 1 il keçir. Münaqişədən sonrakı dövr ümumilikdə sakit məcrada keçir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı – TAM VİDEO  


“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi”, - dövlət başçısı deyib. 

O, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu xatırladıb. 

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolunu xüsusilə vurğulayıb və bunun hər iki tərəfdən çoxsaylı insan itkilərinin qarşısını aldığını söyləyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO