Bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası başlayır.
Bizim.Media xəbər verir ki, iki gün davam edəcək iclas Albaniyanın sədrliyi ilə keçiriləcək.
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası koronavirus pandemiyasına görə ilk dəfə vidokonfrans şəklində keçiriləcək.
Nazirlər Şuraşı təşkilat məkanındakı təhlükəsizlik məsələlərini və böhranı nəzərdən keçirəcək. Bundan başaq Dağlıq Qarabağ nizamlanması, Ukraynanın şərqindəki münaqişə, Dnestryanı bölgədəki vəziyyət, Belarusdakı hadisələr də müzakirə mövzusu olacaq.
Gündəlikdə təşkilatın dörd icra strukturuna namizədlərin təyin edilməsi məsələsi yer alır.
Bunlar Baş katib, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru, Milli Azlıqlar üzrə Ali komissar və media azadlığı üzrə nümayəndədir.
İştirakçı dövlətlərin ATƏT-dəki daimi nümayəndələri fikir ayrılıqları səbəbindən bu məsələdə razılığa gələ bilmədikləri üçün qeyd edilən vəzifələr 18 iyul 2020-ci ildən bəri boş qalıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:08 / 03.12.2020
ATƏT-in iclası başlayır: Qarabağ da müzakirə ediləcək
Hazırda oxunan: ATƏT-in iclası başlayır: Qarabağ da müzakirə ediləcək
Hazırda oxunan: ATƏT-in iclası başlayır: Qarabağ da müzakirə ediləcək
4153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.