Ermənistan Zəngəzuru satmaq fikrindədir - Eks dövlət müşavirindən ŞƏRH

Ermənistan Zəngəzuru satmaq fikrindədir - Eks dövlət müşavirindən ŞƏRH

Hazırda oxunan: Ermənistan Zəngəzuru satmaq fikrindədir - Eks dövlət müşavirindən ŞƏRH

41446

Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi vilayətin Stepanavan rayonunun Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisindəki 6 hektar sahəni xidməti maraqlara zidd olaraq satıb. 

Bizim.Media xəbər verir ki, ermənilər 44 günlük savaşdan sonra ya Ermənistandan qaçır, ya da müəyyən qanunsuzluqlarla varlanmaq istəyirlər.

Daşnaklar dövlət atributlarını da satmağa hazırdırlar. Hərbi hissənin ərazisini satmaq bunu təsdiqləyir. Yəni, I Qarabağ savaşında onların azərbaycanlılara aid məzarları eşib, qiymətli nə tapsalar satmaqları da bununla əlaqədardır. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO CAVAB


Azərbaycanın sabiq dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, balıq başdan iylənər:

“Onların eks prezidenti Serj Sarkisyan da korrupsioner olub. Ölkə prezidenti titulunu daşıyan Serj Sarkisyan qumarda 100 milyon dollara qədər pul uduzursa, bu, balıq başdan çürüyər terminini daha yaxşı ifadə edir. Ermənistan korrupsiya və rüşvətxorluğa adət etmiş bir ölkədir.

Xüsusilə də bu Qarabağ klanından olan adamlar, Robert Koçaryanın özü də əl-qollarını çırmalayaraq əsas hədəf kimi var-dövlət yığmağı götürürlər.

Onlar kommersiya və dövlət strukturlarına Qarabağdan olan erməniləri yerləşıdirməklə bu klanı Ermənistanın ən güclü qruplaşmasına çevirmək missiyasını yerinə yetiriblər. Bu ənənə indi də davam etdirilir. 
 

Torpaq sahələrinin hərbçilərə lazım olmadığını əsas gətirib bundan səmərəli istifadə adı altında iş adamları və özlərinin yandaşlarına satırlar. Guya bu, Müdafiə Nazirliyindən kommersiya strukturlarına hər hansısa bir yardımdır”. 


Xatırladaq ki, Ermənistan pula görə müxtəlif torpaq sahələri, dövlət xidmətlərini də Rusiya şirkətlərinə satıb, yaxud rusların ixtiyarına verib.

Bəzi ekspertlər Zəngəzur koridorunun açılşının yubanmasını da ermənilərin bu “alverçi xasiyyəti” ilə izah edirlər. Onların fikrincə, İrəvan Zəngəzuru Azərbaycana satmaqla pul əldə etmək və Bakının təzminat davasını bağlamaq istəyir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO