Ceyhun Bayramov iraqlı həmkarı ilə nələri müzakirə etdi? - FOTO

Ceyhun Bayramov iraqlı həmkarı ilə nələri müzakirə etdi? - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov iraqlı həmkarı ilə nələri müzakirə etdi? - FOTO

41340

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla fələstinli həmkarı arasında VACİB GÖRÜŞ – FOTO


Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO