Azərbaycanla Serbiya arasında saziş imzalandı - DETALLAR - FOTO

Azərbaycanla Serbiya arasında saziş imzalandı - DETALLAR - FOTO

Hazırda oxunan: Azərbaycanla Serbiya arasında saziş imzalandı - DETALLAR - FOTO

41140

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 11-14 oktyabr tarixlərində Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiya Respublikasında səfərdədir. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və.s nümayiş etdirilir. 

Sərginin ilk günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiya Respublikasının müdafiə naziri Nebojsa Stefanoviçlə görüşü baş tutub. Görüş zamanı mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Höküməti və Serbiya Respublikası Höküməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb. 

Daha sonra Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri cənab Yuqoslav Petkoviç ilə də görüşüb.

Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

“PARTNER-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO