Cavanşir Feyziyev: “Azərbaycan qlobal güclərin oyun qaydalarını pozdu”

Cavanşir Feyziyev: “Azərbaycan qlobal güclərin oyun qaydalarını pozdu”

Hazırda oxunan: Cavanşir Feyziyev: “Azərbaycan qlobal güclərin oyun qaydalarını pozdu”

4097

“Dünyanın müxtəlif bölgələrində alovlanan istənilən münaqişə əslində ilk baxışdan göründüyü kimi ikitərəfli deyil, çoxtərəfli münaqişədir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Münaqişənin başlandığı illər dünya miqyaslı bir siyasi hadisə ilə SSRİ-nin dağılması prosesi ilə üst-üstə düşürdü''.

''Həmin tarixi zamanda dünya güc mərkəzlərinin marağı heç də yeni yaranan müstəqil dövlətlərin qısa müddətdə dünya siyasətinə qoşulmasını dəstəkləmək deyildi. Onların marağı ilk növbədə SSRİ-nin dağıntıları üzərində özlərinin ekspansionizminə yeni yollar açmaq və  hələ müstəqil siyasi-iqtisadi inkişaf yollarını müəyyən etməyə macal və imkan tapmamış yeni dövlətləri dərhal öz təsir dairəsinə salmaq və yönləndirmək idi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Qarabağ münaqişəsində ermənilərin üzərindən oyun oynayaraq, Qafqaz regionunu öz təsiri altında saxlamaq istəyirdi: 

“Ermənistanın çoxdan qonşu torpaqlarına göz dikməsi isə dünyaya yenicə açılan bölgədə - Cənubi Qafqazda uzunmüddətli bir münaqişəni alovlandırmaq üçün əlverişli bir fürsət verirdi. Taktiki olaraq ilk növbədə bölgənin ən çox potensiala malik olan ölkəsini - Azərbaycanı ələ keçirmək daha cəlbedici görünürdü''.

''Ermənistan isə öz iddiaları ilə bu məqsədə nail olmaq üçün ən uyğun və ən rahat bir vasitə ola bilərdi və oldu da. Strateji baxımdan isə Cənubi Qafqazda möhkəmlənmək bütün Avrasiya ərazisində regional güc sahiblərini nəzarətdə saxlamaq və lazım gəldikdə onlara təzyiq göstərmək üçün ən əlverişli plasdarm qazanmaq demək idi”, - deyə deputat qeyd edib.

Millət vəkili Azərbaycanın  Cənubi Qafqazda qurulmuş bütün oyunları pozaraq təkcə qələbə qazanmaqla yetinmədi. O həm də regionda güclü dövlət olduğunu sübut etdi:

“Qlobal güc sahiblərindən kiminsə oyun qaydalarını pozması gözlənilmirdi, çünki mövcud vəziyyət onların maraqlarını tamamilə qane edirdi. Yaxın Şərq, Afrika və Asiya bölgələrində uzun illər davam edən münaqişələrin tarixi də məhz bunu göstərir.

Amma Cənubi Qafqazda belə olmadı. Heç gözlənilmədiyi kimi qlobal güclərin oyun qaydalarını Azərbaycan pozdu. Azərbaycan Ermənistanı ibrətamiz şəkildə cəzalandırdı. Beynəlxalq güclər tərəfindən Cənubi Qafqaz ətrafında qurulmuş möhkəm bir siyasi oyun torunu dağıdaraq öz ərazi bütövlüyünü təmin etdi”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO