“Əgər qiymət artımlarına etiraz mitinqinə 700-800 adam çıxırsa, bu, yaxamızdan əl çəkin deməkdir”
Moderator.az
Amerikada siyasi mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevə aşağıdakı məzmunda
sualla müraciət etmişdi. Rəsul müəllim sualımıza çox əhatəli cavab yazıb göndərib,
onu oxuculara təqdim edirik:
Sual:
İsa Qəmbər
nəhayət sükutu pozdu və bir birinin qanını içməyə hazır olan qüvvələrə atəşkəs
təklif etdi. Ancaq çoxları onun bu çağırışının yetərli olmayacağı qənaətindədir.
Bəs Siz 20 ildir "Qordi düyünü"nə çevrilmiş bu bəladan birdəfəlik
qurtulmaq üçün hansı çözüm yolu təklif edirsiniz?Təbii ki, “İsa Qəmbər və Əli Kərimli
dərhal istefa versin” deməyin, çünki çaylar tərsinə axsa da bunun baş verməyəcəyini
Siz də, biz də bilirik.
Cavab:
Tarixdən
bilirsiniz ki, mif əsasında ”˜”™Qordi
düyünü”nü makedoniyalı İsgəndər açıb. Hələ bizim bu düyünümüzü açanın Azərbaycanda
olduğunu görmürəm. Azərbaycanda insanların,
xüsusilə liderlərin yalan danışmaqları əndazəni çoxdan aşıb. Məsələ
ondadır ki, bu başabəla liderlər dəyişiklik etmək üçün yaramadıqlarını özləri də
başa düşür. Onlarda bu rejimdən xilas olmaq üçün mürəkkəb yox, elementar təssəvvür
də yoxdur. Bu günkü hökümətdə olan azı beş nazir adı çəkmək olar ki, hər biri
indiki toplum müxalifətdən qat- qat güclüdür. Tutaq ki, prezident yoxdur, məgər
o insanlar höküməti bu insanlara verərlərmi, heç vaxt. Arxasınca 9 milyonluq əhalidən
maksimum 5 min adam gedənlərə azı yarım milyonluq silahı və bürokratı olanlar
necə hakimiyyəti qırmızı xonçaya qoyub onlara peşkəş edəcəklər?
Gərək arxanca azı bir 100 min tərəfdarınız getsin
ki, o yarım milyondan 300-400 mini sənin tərfinə keçsin, məgər bunu bilmək o qədər
çətindir? Bunlara baxmayaraq xalqa söylənən yalan vədlər sel kimi axıdılır.
Yaddaşı zəif olanlara xaırlatmaq istəyirəm ki, faşist almaniyasının Gebbels
soyadlı təbliğat naziri vardı. Bu insanın yalan danışmaq barədə xüsusi nəzəriyyəsi
var idi-Nə qədər ağ yalan danışsan bir o qədər ona inananların sayı çox olar”™”™.
1945-ci ilin martında artıq Almaniyanın bütün hərbçiləri müharibənin
uduzulduğunu başa düşürdülər. Ancaq Qebbels radioda gündəlik ağ yalanları ilə mayın 1-nə qədər Berlinin müdafiəsini təşkil
edə bildi. Hətta 30 apreldə 12-14 yaşlı minlərlə uşaqlar orduya yazılırdılar. 1
mayda 6 uşağını zəhərlədi,özünü və arvadını silahla öldürdü və mənfur
yalanlarına son qoyuldu, 2 mayda Berlin silahlı müqaviməti saxladı.
Dünyanın ən ağıllı, dinamik xalqlarından biri
sayılan almanlar yalanlara bu şəkildə inanırdısa sözsüz biz azərbaycanlıların da
içində müxalifətin yalanlarına inananlar tapılır.
Qebbels 12 il yalanlarla almanların başını
xarab etdi. Bizdə yalan danışmağın ömrü artıq 20 ili ötüb.
Qiymətlərin qalxması ilə əlaqədar müxalifət
mitinq elan etdi. Qiymətlərin qaxmasından narazı olanların sayı heç olmazsa bir
2 milyon olardı, ya yox? Əgər bu mitinqə 700-800 adam çıxırsa bu nə deməkdir?
Bu, “yaxamızdan əl çəkin” deməkdir.
Rejim vətəndaşların əlindən keçmişini, bu
gününü və gələcəyini alıb. Belə bir siyasəti davam etdirməyə israrlıdır. Onun
qarşısını almaq üçün heç bir şeyə qadir olmayan insanların lider olmaq arzuları ciniklik deyil, bəs nədir?
Konkret 2 ildən sonra parlament seçkiləri olacaq. Bu 20 ildə ABŞ və Avropa təşkilatlarının
zorla Azərbaycanda azad seçkilər keçirməyə cəhd etməyəcəkləri məlum olmadımı?
Belə olan bir şəraitdə bu müxalifət partiyaları hansı addımlar atacaqlarını
xalqa elan etsinlər görək. Aydın məsələdir ki, hökümətin qapısına düşüb bir-
iki deputat yeri almaq üçün sövdələşməyə cəhd edəcəklər.
Məlumdur ki, hökümət müxalifəti
cılızlaşdırıb, indi də zorla onları müxalifət statusunda saxlamaq istəyir. Bu
gün onlar “siyasətdən gedirəm” bəyanatı ilə çıxış etsələr hökümət real təşvişə
düşər, 20 illik siyasətlərinə ağır zərbə dəyər. 20 ildə həm öz rejimlərini, həm
də rejimə qarşı ”˜”™mübarizə”™”™ aparan müxalifətlərini formalaşdırıblar. Xalqın
başında qoz sındıran bu tandemin dağılmasına hökümət imkan verməz. Musavat Partiyası
hərdən cızığından çıxıb sərbəst addımlar atmaq istəyir, ona görə də onlardan
uzunmüddətli həbs olunanların sayı artıqdır. O biri komanda isə görüntü yaratsa
da cızığından çıxmır.
Düz qeyd edirsiniz ki, çaylar tərsinə axa bilər,
ancaq bu adamlar heç vaxt istefa verməz. Ancaq bir də qeyd etmək istəyirəm,
hökümətin tapşırığı ilə işləyən bu kuklalar əsl müxalifətin yaranmasına mane
olurlar. Partiyalar liderlərini dəyişməlidirlər. Liderlər 20 illik ”˜”™fəaliyyət”lərindən
nəhayət xəcalət çəkməlidirlər, özlərinin şəxsi ucuz maraqlarına bu milləti
qurban verməməlidirlər. Onlarla da, onlarsız da Azərbaycanda yeni qüvvələr
formalaşmaqdadır və biz tezliklə bunun şahidi olacağıq.”































































































