Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşdü - FOTO 

Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşdü - FOTO 

Hazırda oxunan: Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşdü - FOTO 

0:00
0:00
40723

Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb. 

Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb.  

Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO