Türkiyədən növbəti dəfə Azərbaycana dəstək mesajı göndərilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, qardaş ölkə hər zaman Azərbaycanın yanındadır:
“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub, onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”.
Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirib:
“Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma sevdasına düşüb. Bir riyaziyyata, bir tarixə baxın. Belə davranışla Türkiyədən üstün olmaq iddiasından əl çəkin. Yunanıstan iqtisadiyyatı məlumdur. Bu ölkə boc içindədir. Silahlanma sevdası ilə daha böyük borca girərək ölkə iqtisadiyyatını ağır vəziyyətə salacaqlar”. (Report)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:36 / 08.10.2021
Hulusi Akar: “Azərbaycana dəstəyimiz davam edəcək”
Hazırda oxunan: Hulusi Akar: “Azərbaycana dəstəyimiz davam edəcək”
Hazırda oxunan: Hulusi Akar: “Azərbaycana dəstəyimiz davam edəcək”
40685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.