Gözlənilən GÖRÜŞ: Mirzoyan Ceyhun Bayramovla nələri müzakirə edəcək? – DETALLAR

Gözlənilən GÖRÜŞ: Mirzoyan Ceyhun Bayramovla nələri müzakirə edəcək? – DETALLAR

Hazırda oxunan: Gözlənilən GÖRÜŞ: Mirzoyan Ceyhun Bayramovla nələri müzakirə edəcək? – DETALLAR

40607

Son dönəmlər Azərbaycan və Ermənistan rəsmilərindən ölkələr arasında dialoqa yenidən start verilməsi yönündə müsbət siqnallar gəlməkdədir. Belə ki, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan açıqlamalarında danışıqlar üçün hazır olduqlarını dilə gətiriblər. Daha sonra isə, hər iki ölkənin xarici işlər nazirlərinin görüşü ilə bağlı mətbuatda xəbərlər dərc olundu.

İlk öncə, Ermənistan mətbuatında ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Ceyhun Bayramovla görüşəcəyi ilə bağlı məlumatlar yayıldı.

Həmin informasiyalarla bağlı rəsmi açıqlama verən Azərbaycan XİN-in sözcüsü Leyla Abdullayeva da Azərbaycan tərəfinin dialoqa hər zaman açıq olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycana şərt qoydu: “Qarabağın statusu” həll edilməyincə... - VİDEO


Bu isə, görüşdə müzakirə olunacaq məsələlər və əldə oluna biləcək nəticələrlə bağlı müəyyən suallar yaradıb.

Görüşdən gözləntiləri ilə bağlı Bizim.Media-ya danışan politoloq Fərhad Məmmədov nazirlərin görüşünü, dövlət başçılarının dialoquna hazırlıq kimi qiymətləndirib:

“Xarici işlər nazirlərinin ilk görüşü Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda təşkil olundu. Eyni zamanda növbəti görüş üçün də razılaşma var. Böyük ehtimalla nazirlərin görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq kimi qiymətləndirilə bilər. Çünki həm Azərbaycan Prezidenti, həm də Ermənistan Baş naziri görüş üçün hazır olduqlarını bildiriblər”. 

Fərhad Məmmədov Azərbaycan və Ermənistan rəsmilərinin görüşlərində hansı məsələlərin müzakirəyə çıxarıla biləcəyi mövzusuna da toxunub:
 

“Dövlət başçılarının görüşünə hazırlıq üçün yer və vaxt kimi detallar, eyni zamanda dövlət başçılarının görüşünün gündəliyi də müzakirə oluna bilər.


Əgər biz Minsk qrupunun həmsədrlərinin Nyu-York müzakirələrindən sonrakı açıqlamalarına nəzər salsaq, həmin görüşdə 10 noyabrda imzalanan üçtərəfli bəyanata istinadən olunduğunu görə bilərik. Böyük ehtimalla, İlham Əliyevlə Nikol Paşinyanın görüşünün gündəliyi də məhz üçtərəfli bəyanat çərçivəsində olacaq. Bəyanatın mətnində hər hansı gülünc status məsələsi olmadığına görə, sözügedən mövzunun görüşün gündəliyinə salınmayacağını söyləyə bilərik”.

Qeyd edək ki, nazirlərin görüşünün yeri və vaxtı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO