Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında dialoq yaratmaq, regionun gələcək inkişaf konsepsiyalarında fərqli yanaşmalar var. Hazırda reallığa ən yaxın əməkdaşlıq kimi “3+3” formatı görünür. Lakin Gürcüstan buna qoşulmaq istəmir. Niyə?
“Bizim Rusiya ilə olan problemlərimiz Kremlin də iştirak etdiyi istənilən formatın Tbilisi tərəfindən baxılmasına imkan vermir” deyən gürcü politoloq sual yaradan başqa ölkənin də adını çəkib.
Bizim.Media-ya özəl açıqlamasında Gürcüstan Ekspertlər Klubunun üzvü Gia Xuxaşvili bildirdi ki, sözügedən formatdakı İran faktoru da suallar yaradır:
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilinin son durumu NECƏDİR? - Politoloq Gia Xuxaşvilidən AÇIQLAMA - ÖZƏL
“İranın bizim regionda hansı hədəflər güddüyü qaranlıqdır. Həmçinin bu format Gürcüstanın bəyan olunan inkişaf vektoruna ziddir. Çünki bu inkişaf istiqaməti Avropa Birliyi ilə bağlıdır”.
Bizim.Media