“Türkiyə-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Mövlud Çavuşoğlu 

“Türkiyə-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Mövlud Çavuşoğlu 

Hazırda oxunan: “Türkiyə-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Mövlud Çavuşoğlu 

40511

"Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kim poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Report"un ABŞ bürosuna müsahibəsində deyib. 

"Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, Türkiyədə, Azərbaycanda hərbi təlimlər keçirə və əməkdaşlıq edə bilərik. Sadəcə, Azərbaycan deyil, Türkiyə də daxil olmaqla hər bir ölkə istənilən dövlətlə müxtəlif sahələrdə əlaqələr qura bilər. Əgər onların bizə zərəri yoxdursa, bu ölkələrə üzümüzü çevirib "siz niyə belə edirsiniz?" sualını vermirik. Bizim də Azərbaycanla olan yaxın qardaşlığımız, münasibətimiz və iş birliyimiz, hərbi təlimlərimiz kiminsə əleyhinə deyil. Ona görə də kimsə boş yerə narahat olmasın. Bizim bu birliyimiz başqalarının əleyhinə olan bir qardaşlıq və həmrəylik deyil", - deyə nazir bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO