Rusiyada bütün qapılar Paşinyanın üzünə bağlandı

Rusiyada bütün qapılar Paşinyanın üzünə bağlandı

Hazırda oxunan: Rusiyada bütün qapılar Paşinyanın üzünə bağlandı

4051

Qarabağda baş verən müharibədən sonra alınan nəticələr Paşiniyanda “sözəbaxan uşaq” ərköyünlüyü yaradaraq bəzi umacaqlar formalaşdırıb. Ancaq ilk anlardanca aldığı “kötək”lər onu ciddi düşünməyə vadar edib.

Ermənistan mətbuatının verdiyini məlumata görə son günlərdə baş nazir Nikol Paşinyanın Rusiya prezidenti ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnib. Məlumatlara əsasən bir müddət öncə Ermənistan Baş naziri Aparatının protokol şöbəsinin müdiri Eduard Arutyunyan, Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Rusiya Federasiyasına səfərini təşkil etmək və həyata keçirmək üçün 30 noyabr - 4 dekabr tarixlərində Moskvaya göndəriləcəyi bildirilmişdi.

Bu gün isə verilən məlumata əsasən Nikol Paşinyanla Vladimir Putinin görüşünün təşkil olunması uğrusuz olduğu və protokol şöbəsinin müdiri Arutyunyanın geriyə İrəvana qayıtdığı bildirilir.

Daha sonra isə Rusiya baş naziri Mixail Mişustin ilə Paşinyan arasında telefon danışığı baş tutub. Xüsusilə Avrasiya İqtisadi Birliyi ilə bağlı məsələlər müzakirə olunub. Paşinyanın Valdimir Putinlə birbaşa müzakirə etmək istədiyi mövzular haqqında hər hansı məlumat isə yoxdur. Lakin Putinin reaksiyası tərəflər arasında hər hansı müzakirə olunacaq mövzunun olmadığını göstərir.

Digər tərəfdən isə Rusiya və Ermənistan arasındakı danışıqların baş nazirlər səviyyəsində aparılmasını da gözdən qaçırmamaq lazımdır. Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı sadəcə baş nazir olaraq görür. Baş nazirin isə Rusiya dövlətinin prezidenti ilə görüşmək arzuları isə birmənalı olaraq absurddur. Ola bilsin ki, Paşinyan özünü önəmli şəxs hesab edir və Putinlə bərabərhüquqlu şəkildə danışıq aparacağını ümid edir. Amma Putin ona öz yerini xatırladır: Baş nazir elə baş nazirlə danışsa yaxşıdır.

Ermənistan mətbuatı yaxın günlərdə Paşinyan və Putin arasındakı müansibətlərə toxunan başqa xəbərlərə də yer vermişdi. Paşinyan verdiyi açıqlamada eks prezidentlər Ter-Petrosyan və Koçaryanın “Putinlə əlaqə saxlamaq üçün rəsmi nümayəndə” olmağı təklif etdiklərini qeyd edirdi. Az qala hər gün 5-6 dəfə Putinlə danışdığını bildirən Paşinyan bu məsələyə təəccübləndiyini də əlavə edir.

Məsələnin digər tərəfi isə Ermənistanın Rusiyada formalaşmış diaspor təşkilatlarıdır. Dörd günlük səfər çərçivəsində Paşiniyan diaspor nümayəndələri ilə də görüşüb ona qarşı olan aqressiv münasibəti səngitmək fikrində idi. Rusiyadakı mənbələrin verdiyi məlumata görə, erməni diaspor təşkilatlarının mövqeyi bu məsələdə konkretdir, onlar Paşiniyanın istefasını və Ermənistan hakimiyyətinə Rusiya yönümlü bir şəxsin gətirilməsini istəyirlər. Ona görə də Paşiniyanla görüşməkdən imtina edirlər.

Heç şübhəsiz, bütün bu məsələlərin arxasında Paşiniyanın Rusiyaya qarşı zaman-zaman sərgilədiyi münasibət durur. Kremil artıq Ermənistanın baş nazirinə kimin kim olduğunu başa salıb. Rəsmi İrəvanın Qərbə istiqamət götürmək istəyən yolunda xeyli “kötük” yaratmaq imkanlarını əyani surətdə göstərib.

Obrazlı desək, Paşinyan keçmişdə əkdiyi ağacların meyvələrini ind-indi toplamağa başlayıb.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO